Mahirin komandasından ardıcıl 5-ci məğlubiyyət

Mahirin komandasından ardıcıl 5-ci məğlubiyyət
XƏBƏR 31 Oktyabr 2021 / 22:23 6138
-  A +

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"  Polşa çempionatında növbəti oyununa çıxıb

Qol.az xəbər verir ki, Varşava təmsilçisi 13-cü turda doğma meydanda "Poqon"la qarşılaşıb  və 0:2 hesabı ilə uduzub. Bu, komandanın ölkə çempionatında ardıcıl 5-ci məğlubiyyəti olub.

M.Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Legiya" 9 xalla 16-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. 


Son xəbərlər
topaz banner