"Komandamı təbrik edirəm. Azarkeşlərə isə təşəkkürümü bildirirəm. Bu gün dəstəyə ehtiyacımız var idi. Çempionatın önəmli yerindəyik. Xal itirməklə rəqiblərdən uzaqlaşa bilərdik".
Bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 9-cu tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, sonluqdan asılı olmayaraq, futbolçularının arxasındadır: "Burada olduğum illərdə çox ilklərə imza atmışıq. Biz bunu ilk növbədə futbolçulara borcluyuq. Çalışacağıq ki, daha yaxşı olaq. Sona qədər mübarizə aparacağıq. İnanırıq və mübarizəmizə davam edəcəyik. Rəqibi də təbrik etməliyik. Aftandil Hacıyevin işi çox çətindir. "Səbail" "Qarabağ"ı udub, buraya gəlmişdi".
O, yeni transfer Səid Rzanın "Sumqayıt"da qol hesabını açmasına da toxunub: "Sistemdə bəzi dəyişikliklər etmişdik. Oyuna iki hücumçu ilə başlamaq istədik. Rəqibin üstünlük yaratmasına imkan vermədik. Səid yeni gəlib, uyğunlaşması üçün vaxt lazımdır. Potensialı var. Mənə 100 hücumçu göndərməyiblər ki, seçim edim. İmkanlara uyğun futbolçu gətiririk. Səid qol vuraraq, azarkeşləri coşdurdu".
Abbasov iki hücumçu ilə oynamalarının səbəbini bu cür izah edib: "Ötən il də bu sistemlə oynadığımız oyunlar olub. Bilirsiniz ki, çempionatda az qol vuran komandalardanıq. Bundan əlavə, bu gün mütləq 3 xal qazanmalıydıq. İstəyirdim ki, iki hücumçuyla rəqibin müdafiəsini təzyiq altında saxlayaq".
"Səbail"lə matçda gənc qapıçı Tərlan Əhmədliyə şans verən mütəxəssis əsas qolkiper olan Aydın Bayramovun istirahətə ehtiyacı olduğunu söyləyib: "Tərlana şans verməyi düşünürdüm. Aydın gənc qapıçıdır, milliyə düşdü. Bu yerə çatmaq üçün çox əziyyət çəkib. Mənim ona inancım 100 faizdir. Hərdən istirahət etməli, rəqabəti duymalıdır. Tərlana da güvənirəm. Futbolçularım milliyə getsə də, oynayan oyunçu sayı azdır. Aydın yığmaya çağırılsa da, oynamır. Bu, bizə çətinlik yaradır. Bəzi mövqelər var ki, rotasiya edə bilmirik. Bu gün Vurğun Hüseynov da uzun müddətdən sonra meydana çıxdı. Həmçinin Roman Hüseynov. Hərdən "Sumqayıt" haqqında danışanda cəmi 2-3 futbolçudan söz açılır. Amma digər futbolçular da var. İnanıram ki, Tərlan da milli komandaya düşəcək".
Abbasov növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri matça da toxunub: "Ağdam klubu indi daha güclüdür. Səhv etmirəmsə, çempionatın 5-6 turunda ehtiyat qüvvəylə oynayıb. Yaxşı formadadırlar. Oyuna ciddi hazırlaşacağıq. Rəqibi təhlil edəcəyik. İtkilərimiz var. Elvin Bədəlov üçün mövsüm bitib. Murad Xaçayevə ağır cəza verilib. Təhqir etmək 4 oyundur, toxunmaq 5. Bununla bağlı şikayət etmişik. Bizə düşən odur ki, çalışaq. İnanıram ki, yaxşı olacaq".
Baş məşqçi "Hakimlikdən razı qaldınız" sualına belə cavab verib: "Mən hər zaman olanı deyirəm. Bəzi şeylər var ki, yəqin, onu qəbul etmirlər. Hakim xoşuma gəldi, imkan verdi ki, oynayaq. Qırmızı vərəqə epizoduna baxmaq lazımdır. Səhvlər ola bilər. Belə cavan hakimlər səhv etsələr, başa düşmək olar. Amma təcrübəli hakimlərin səhvlərini adam qəbul edə bilmir. Gəlib hakimlərə baxsınlar, alınmırsa, sənədlərini verib göndərsinlər. Mən kimisə təhqir etmirəm. Mən də qocalanda getməyimlə bağlı məsləhət versələr, gedərəm" (report.az).
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi