Daha bir boksçumuz növbəti mərhələyə yüksəldi

Daha bir boksçumuz növbəti mərhələyə yüksəldi
XƏBƏR 31 Oktyabr 2021 / 19:48 1813
-  A +

Azərbaycanın  boksçusu Məhəmməd Abdullayev də Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 finala yüksəlib.

Qol.az xəbər verir ki, 92 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda  Vladan Babiçə (Serbiya) qalib gələrək buna nail olub.

Abdullayev 1/4 finalda Narender Bervala (Hindistan) ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün idmançımız Alfonso Dominges də 1/4 finala yüksəlib.


Son xəbərlər
topaz banner