Aquero xəstəxanaya yerləşdirildi

Aquero xəstəxanaya yerləşdirildi
XƏBƏR 31 Oktyabr 2021 / 14:15 3031
-  A +

"Barselona"nın futbolçusu Serxio Aqueronun səhhətində ciddi problemlər yaranıb. 

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu xəstəxanaya yerləşdirilib. Bu barədə klubun Tvitter hesabı məlumat yayıb. Aquero ötən gün "Deportivo" ilə görüşün (1:1) 41-ci dəqiqəsində məhz ürəyindəki problemə görə əvəzlənib. Həkimlər futbolçuda taxikardiyanın olmasından şübhələnir. Aquero bu gün müayinə olunacaq. 

Qeyd edək ki, Aquero bu yaydan etibarən "Barselona"da oynayır. 


Son xəbərlər
topaz banner