“Ronaldo “Yuventus”dan daha tez getməli idi”

“Ronaldo “Yuventus”dan daha tez getməli idi”
XƏBƏR 31 Oktyabr 2021 / 09:55 4130
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Kriştiano Ronaldonun bu yay Turin təmsilçisindən ayrılıb, "Mançester Yunayted"ə keçməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında bunu gec atılmış addım hesab etdiyini bildirib: 

“Ronaldo avqustun 28-də komandadan ayrıldı. “Transfer bazarı”nın bağlanmasına üç gün qalmış onu əvəz etməyə vaxtımızın olmaması normaldır. Amma daha tez, bir ay əvvəl ayrılsaydı, güclənmək imkanımız olardı”.

Qeyd edək ki, Kriştiano Ronaldo “Yuventus”da keçirdiyi 134 oyunda 101 qol vurub.


Son xəbərlər
topaz banner