“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqsının 9-cu turunda evdə “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az həmin müsahibəni təqdim edir:
Komandanı təbrik edirəm. Çox gözəl oynadıq və layiqli qələbə qazandıq. “Neftçi” və “Qarabağ”ın oyunu fikrimcə, iki aslanın qarşılaşmasıdır. Bizim üçün çox ciddi rəqibdirlər. Bu səbəbdən qarşılaşmanı izləməyə gəldim. Ötən mövsüm “Neftçi” bizi 3 qarşılaşmada məğlub etmişdi. Ona görə də bu qələbədən həzz aldım. İlk hissədə 3 qol vurduq, düzdür, fasilədən sonra “Neftçi” fərqi azaltmaq istəsə də, “Qarabağ” buna imkan vermədi. Hər iki komandanı gözəl oyuna görə təbrik edirəm. “Qarabağ” üçün gözəl oyun oldu. Konfrans Liqasında “Kayrat”la oyundan öncə belə qələbə bizə lazım idi.
- Bu qələbə çempionluq yolunda çox vacibdir, yoxsa hələ uzun yol var?
- Çempionat çox uzundur. Futbolda erkən sevinmək olmaz. 1989-cu ildə keçirilən “Fənərbaxça” – “Qalatasaray” oyununu yaxşı xatırlayıram. İlk hissədə “Fənərbaxça” 0:3 hesabı ilə uduzurdu, lakin fasilədən sonra 4 top vurub, qalib gəldi. Çempionat uzun marafondur. Həftədə 2 oyun keçiririk, bizim üçün çətindir. Bəzi meydanlarımızın vəziyyəti ideal deyil. “Səbail”in stadionu bizi çox narahat etdi. “Keşlə”nin stadionunu da qeyd edərdim. Futbolçularımızın zədə almasından qorxuruq. Çempion olmaq çox çətindir.
- Konfrans Liqasında “Qarabağ” Qazaxıstanda “Kayrat”ın qonağı olacaq. Komanda bu mövsüm tilsimi qırıb, qrup mərhələsini adlaya biləcək?
- Məncə, Qurban Qurbanov bu il çox gözəl komanda qurub. Fikrimcə, bu il maksimum nəticə əldə etmək fürsətimiz var. “Qarabağ”, Qurban Qurbanov və futbolçular da bu məsuliyyəti dərk etməlidirlər. Hesab edirəm ki, bu məsuliyyət hissi ilə səfərə yollanıb, qalib gəlmək lazımdır. Bəli, hesab edirəm ki, belə də olacaq.
- Bu mövsümkü “Qarabağ”ın gücünü necə dəyərləndirirsiz?
- Məncə, baş məşqçimiz Qurban Qurbanovun da seçimləri keyfiyyətli oldu. Yerli oyunçularımızdan Ramil Şeydayevi qeyd edərdim. Kadi Borges də tez uyğunlaşdı. Bu mövsüm əla komanda formalaşdırıldı. Klubların yüksəliş illəri olur. Burada qurduğu sistemlə komanda formalaşdıran Qurban Qurbanovu təbrik etmək lazımdır. “Qarabağ” özünü yeniləyən, yeni metodları ilə inkişaf edən klubdur.
- “Qarabağ”ın Konfrans Liqasında hansı mərhələyə qədər irəliləyəcəyini düşünürsünüz? Finala yüksəlmək mümkündür?
Birlikdə görəcəyik. Niyə də olmasın?! “Dnepr” Avropa Liqasında bizimlə eyni qrupda idi və finala qədər getmişdi. Niyə “Qarabağ” finala yüksəlməsin? İclasların birində demişdim ki, özümüzü kiçik görməyək, Avropa futbolu oynayaq. Məncə, 1/4 final, yarımfinal oynamağın vaxtıdır və bu niyə də baş verməsin? İnşallah, güman edirəm ki, olacaq.
- Daha böyük hədəflər üçün heyət də güclənməlidir. Qış fasiləsi transfer üçün uyğun zaman sayılmır. Bu baxımdan hansı işlər görüləcək?
- Mən deyə bilmərəm ki, klub və Qurban Qurbanov futbolçu axtarışındadır. Komanda çox stabildir. Ancaq baş məşqçimizdən istək olsa, klub olaraq addım atmağa hazırıq.
- İşğaldan azad edilən Ağdamda “İmarət” stadionunun bərpa olunması ilə bağlı hansısa işlər görüləcəkmi?
- Bu, dövlətin işidir. Biz başa düşməliyik ki, “Qarabağ”ın bir sponsoru var – “Azersun”. Bu şirkətdən çalışan 17 min insanın zəhməti ilə klub ayaqda durur. Doğrudan da, “Qarabağ”ı saxlamaq böyük zəhmətdir. Klubumuzun gəliri çox azdır. UEFA-nın gəliri heç vaxt özünü doğrultmur. Ya böyük hədəflərdən, iddialardan əl çəkək və klubun büdcəsini aşağı salaq, yığılan pulları investisiya edək. Amma “Qarabağ” elə bir səviyyəyə gəlib ki, bu, mümkün deyil. Bu komandanı ikinci dərəcəli klub etmək olmaz. Bu gün hamı bilir ki, “Qarabağ” Avropada uğurlu çıxış edir. Ağdama qayıdış dövlətimizin siyasəti və layihəsidir. Avropada davamlı oynayırıq. Bu gün futbolçularımızı Ağdama köçürtmək imkanı yoxdur. Bu gün orada futbolçu və ailələrinə şərait olmalıdılır. Artıq Qarabağımızı almışıq və hələ orada çox işlər görülməlidir. Bu gün dövlətimizin günüdür. İnşallah dövlətimiz işlərini tamamladıqdan sonra biz də töhfələrimizi verərik.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı