"Futbolçumuzun gündəmə gətirilməsi müsbət haldır.
Polşada futbola və futbolçulara ictimai nəzarət çox yüksəkdir. Həm media, həm də azarkeşlər tərəfindən futbolçular izlənilir. Bu gün Mahirin üzərində nəzarət olması, gündəmə gətirilməsi müsbət haldır. Çünki onunla hesablaşırlar, o, ad salıb ki, onunla belə maraqlanırlar".
Bu sözləri tanınmış idman yazarı Aydın Bağırov yenisabah.az saytına millimizin hücumçusu Mahir Emreli barədə son vaxtlar Polşa mediasında yayılan neqativ xəbərlər haqda danışarkən deyib. Əməkdar jurnalist deyib ki, Mahir Emreli ilə bağlı xəbərləri yaxından izləyir: "Lakin məni təəccübləndirən yoldan keçən hər bir insanın belə Mahir haqqında olan tənqidi fikirlərinin yerli mediamızda tirajlanmasıdır.
Belə yanaşmalardan və mövqedən qaçmaq lazımdır. Çünki Mahir Emreli bizim medianı yaxından izləyir. Onun öz vətənindən belə münasibət görməsi, Mahiri ruhdan sala və psixologiyasına təsir edə bilər.
Mən həmkarlarımı belə məlumatlardan qaçmağa çağırıram.
O ki qaldı içki masasına, gecə klubunda çəkilən bir şəkil onun spirtli içki içməsi anlamına gəlmir. Orada kola və ya fanta da içə bilər. Ümumiyyətlə, məlum deyil ki, bu şəkil nə vaxt çəkilib. Oyundan əvvəl ya sonra bunu araşdırmaq lazımdır.
Əgər oyundan sonra bir futbolçu gedib gecə klubunda dincəlirsə, cüzi dərəcədə spirtli içki içirsə, burada təəccüblü heç nə yoxdur. Çünki futbolçu daim oyun gərginliyi içərisində olur. Onlara qadağalar qoyulur. Komandanın təlim məşq toplanışında olur və ya evdən çölə çıxmır. Futbolçunun uğur qazandığı oyundan sonra gedib stress atması, təəccüblü deyil. O da bizim kimi bir insandır. Əylənmək, nədənsə zövq almaq hüququ var. Əlbəttə, bu, aşırı dərəcədə olmamalıdır”.

Bağırov futbolçunun ulduz xəstəliyinə tutulub-tutulmaması haqqında da danışıb:
“Mahir ulduz xəstəliyinə tutulmayıb. Mətbuatda yayılan şəkil avqust ayında çəkilib. Avqust ayından sonra Mahirin kifayət qədər yaxşı oyunları olub. “Lester” kimi komandaya qol vurub, “Legiya”da yaxşı nəticələr göstərib. Mahirin oyununda geriləmə olduğunu düşünmək nöqsanlı yanaşmadır. Mahir öz üzərində daima çalışır, fiziki baxımdan çox yaxşı vəziyyətdədir. Heç kim təminat verə bilməz ki, hücumçular hər oyun qol vurmalıdır.
Polşa kimi ölkələrdə oyunçu üzərində nəzarət güclü olur və tələbləri yüksəkdir.
Mahir bu günə qədər uğurlu çıxış edib, bundan sonra da uğurla davam edəcək. Qarşısına hədəf qoyub və o hədəfə doğru inamla irəliləyir. Mahir XXI əsr azərbaycanlı legionerlər arasında ən uğurlusudur”.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində