"Bəlkə də bunu özümüz çətinləşdirdik"

"Bəlkə də bunu özümüz çətinləşdirdik"
XƏBƏR 30 Oktyabr 2021 / 12:26 1405
-  A +

"Oyun gözlədiyimizdən daha çətin oldu. Bəlkə də bunu özümüz çətinləşdirdik. Çünki başlanğıc əla alınmışdı. Erkən qollar da vurduq. Ancaq oyunun gedişində bu üstünlüyümüzü bir müddət qoruya bilmədik və rəqib hesabı bərabərləşdirdi".

Qol.az xəbər verir ki, bu sözləri "Araz"ın (Naxçıvan) futzalçısı Maneka Rumıniyanın Çempionlar Liqasının əsas mərhələsində "Yunayted Qalati" klubuna 5:3 hesabı ilə qalib gəldikləri oyundan sonra Azərbaycam Futzal Federasiyasının saytına açıqlamasında deyib.

Komandasınbın qolllarından birinin müəllifi olan futzalçı daha sonra bildirib: "Birinci hissənin son saniyələrində qol vurmağımız isə işimizə yaradı. İkinci hissədə rəqibi daha çox təzyiq altında saxladıq, onlar səhvlər etməyə məcbur oldu. Əlbəttə, “Uraqan”la oyunun yorğunluğu da var idi. Əsas odur ki, qələbə qazandıq, bu oyun üçün qarşımıza qoyulmuş məqsədə nail olduq. Mən də qol vurdum və komandama kömək etdim. Həmin anda lazım olan mövqedə idim və şansımı qaçırmadım. Yenə fərqlənmək üçün imkan yarandı, təəssüf ki, istifadə edə bilmədim".
 


Son xəbərlər
topaz banner