Ronaldonun bu paylaşımı rekord qırdı

Ronaldonun bu paylaşımı rekord qırdı
XƏBƏR 29 Oktyabr 2021 / 18:49 4795
-  A +

“ Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun paylaşımı “İnstaqram” tarixində idmançılar arasında ən populyar paylaşım olub.

Qol.az "Notjustok"a istinadən xəbər verir ki, bu, portuqaliyalı hücumçunun sevgilisi Corcina Rodriqeslə əkiz uşaqlarının olacağı ilə bağlı paylaşdığı şəkildir. Sözügedən paylaşım  27 milyondan çox insan tərəfindən bəyənilib.

"İnstaqram"da bir idmançı ilə bağlı paylaşıma görə əvvəlki bəyənmə rekordu PSJ-yə qoşulmuş hücumçu Lionel Messinin ailəsi ilə birdə Paris klubunun formasında poza verdiyi şəkil idi. Həmin postu 22 milyondan çox insan bəyənmişdi.


Son xəbərlər
topaz banner