La Liqa tarixində 5-ci

La Liqa tarixində 5-ci
XƏBƏR 29 Oktyabr 2021 / 15:30 2211
-  A +

İspaniya La Liqasının 11-ci turunda “Xetafe” ilə oyun “Qranada”nın hücumçusu Xorxe Molina üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, təcrübəli forvard 90+7-ci dəqiqədə fərqlənərək komandasına 1 xal qazandırıb (1:1).

İspaniyalı oyunçu 39 yaş 189 günlüyündə qol vurmaqla tarixə düşüb. O, La Liqa tarixində qol vuran ən yaşlı 5-ci oyunçu olub. Molina bu götəricidə Donato, Sezar, Alfredo Di Stefano və Xoakin Sançesdən geri qalır.

Qeyd edək ki, Xorxe Molina “Qranada”ya ötən ilin yayında keçib.


Son xəbərlər
topaz banner