Nuriyevin komandası kubokla vidalaşdı

Nuriyevin komandası kubokla vidalaşdı
XƏBƏR 29 Oktyabr 2021 / 09:30 851
-  A +

Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” da ölkə kubokunda növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Xarkov “Metallist”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb və mübarizəni dayandırıb.

Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.


Son xəbərlər
topaz banner