"Qalatasaray" onlarla yolları ayırır

"Qalatasaray" onlarla yolları ayırır
XƏBƏR 28 Oktyabr 2021 / 19:28 3357
-  A +

“Qalatasaray” qış transfer pəncərəsində bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul təmsilçisi Sofian Fequli və Rayan Babellə də vidalaşmaq istəyir. Klub illik məvacibi 3,8 milyon avro olan Fequli və maaşı 2,5 milyon avro təşkil edən Babeldən yarım mövsümlük əməkhaqqısından imtina etməsini xahiş edəcək. Əks-halda sözügedən oyunçular təzminat ödənilməklə komandadan göndəriləcək. 

Qeyd edək ki, bu mövsüm Rayan Babel 17 oyunda 1 qol ötürməsinə, Sofian Fequli isə 12 matçda 2 qola imza atıb.


Son xəbərlər
topaz banner