Ronaldonun malikanəsinin qanunsuz tikililəri söküləcək

Ronaldonun malikanəsinin qanunsuz tikililəri söküləcək
XƏBƏR 28 Oktyabr 2021 / 11:59 1984
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Portuqaliyadakı malikanəsinin bəzi hissələrini sökməli olacaq. 

Qol.az xəbər verir ki, bu barədə Braqa şəhərinin meri Manuel Tibo danışıb. O, 36 yaşlı hücumçunun əvvəlcə təsdiq olunmuş layihə təqdim etdiyini, lakin sonradan tikinti ərazisinin genişləndiyini bildirib. Buna görə də Ronaldonun malikanəsinin qanunsuz sayılan hissələri söküləcək.

Sözügedən ərazilər 2022-ci ilin mart ayınadək sökülməlidir. 

Qeyd edək ki, Peneda-Geres Milli Parkının yaxınlığında yerləşən malikanələrin qiyməti 2,7 milyon avro olaraq qiymətləndirilir.


Son xəbərlər
topaz banner