Kuman istefaya göndərildi - Rəsmi

Kuman istefaya göndərildi - Rəsmi
XƏBƏR 28 Oktyabr 2021 / 09:28 4518
-  A +

"Barselona" baş məşqçisi Ronald Kumanla yollarını ayırıb. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis ötən gecə La Liqada "Rayo Valekano"ya uduzduqları matçdan (0:1) sonra istefaya göndərilib. 

Qeyd edək ki, Kuman 2020-ci ildən bu komandanı çalışdırırdı. 

Əlavə edək ki, "Barselona" bu mövsüm La Liqada 10 matçda 15 xal toplayıb və turnir cədvəlində 9-cudur. 

Daha çox


Son xəbərlər
14.04.26  14:05

"Roma"da qalacaq

topaz banner