Namiqin komandası qalib gəldi, Vüsalın komandası uduzdu

Namiqin komandası qalib gəldi, Vüsalın komandası uduzdu
XƏBƏR 27 Oktyabr 2021 / 20:55 7456
-  A +

Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" "Ağrı 1970 Spor"u qəbul edib. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən görüşdə qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Futbolçumuzun komandası minimal fərqlə uduzub - 4:5. 

Vüsal sözügedən oyunda iştirak etməyib. 

Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" isə bu gün "Ceyhanspor"u qəbul edib. Komanda rəqibinə 6:1 hesabı ilə qalib gəlib. Namiq həmin qarşılaşmada meydana çıxmayıb. 


Son xəbərlər
topaz banner