Van Bommeli Kofeldt əvəzlədi

Van Bommeli Kofeldt əvəzlədi
XƏBƏR 27 Oktyabr 2021 / 09:26 1201
-  A +

Almaniyanın “Volfsburq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az xəbər verir ki, komandanı Florian Kofeldt çalışdıracaq.Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Florian Kofeldt bu komandada bir neçə gün öncə istefaya göndərilmiş Mark van Bommeli əvəz edib. Almaniyalı mütəxəssis daha öncə “Verder”i çalışdırıb.

Qeyd edək ki, “Volfsburq” bu mövsüm Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner