"Real"ın futbolçusu Kərim Benzema "Qızıl top"a namizəd olması ilə bağlı növbəti dəfə fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu "BeİN Sport"a açıqlamasında deyib:
"Ən yaxşı 30 namizəd arasında olmaq çox yaxşıdır. Uşaqlıqdan bəri bu, mənim xəyalım idi. Digər xəyallarım artıq gerçək olub. Məsələn, "Real" oynamaq, Çempionlar Liqasını qazanmaq. Qarşıma sırf "Qızıl top"un qalibi olmaq kimi bir məqsəd qoymuram, çünki belə düşünməyə başlayanda enerjini boş yerə sərf edirsən. Ən əsas şey bütün gücünlə meydanda nəyəsə nail olmaqdır. "Qızıl top" fərdi mükafatdır, amma həm də kollektivdir. Çünki qələbənizdə klubdakı və ya millidəki komanda yoldaşlarınızın da payı var".
Qeyd edək ki, Benzemadan başqa namizədlər arasında Nikolo Barella ("İnter"), Leonardo Bonuççi ("Yuventus"), Kevin de Brüyne("Mançester Siti") Kevini, Corco Kyellini ("Yuventus"), Kriştiano Ronaldo ("Mançester Yunayted"), Ruben Diaş ("Mançester Siti"), Canluici Donnarumma (PSJ), Brunu Fernandeş ("Mançester Yunayted"), Fil Foden ("Mançester Siti"), Erlinq Haaland ("Borussiya" Dortmund), Jorjinyo ("Çelsi"), Harri Keyn ("Tottenhem), Nqolo Kante ("Çelsi"), SimonaKyer ("Milan"), Sesar Aspilikueta ("Çelsi"), Robert Levandovski ("Bavariya), Romelu Lukaku ("Çelsi"), Riyad Mahrez ("Mançester Siti"), Lautaro Martines ("İnter"), Kilian Mbappe (PSJ), Lionel Messi (PSJ), Luka Modriç ("Real"), Jerar Moreno ("Vilyarreal"), Meyson Maunt ("Çelsi"), Neymar (PSJ), Pedri ("Barselona"), Məhəmməd Salah ("Liverpul"), Rahim Sterlinq ("Mançester Siti"), Luis Suares ("Atletiko") var.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər