Salah Droqbanın rekordunu qırdı

Salah Droqbanın rekordunu qırdı
XƏBƏR 25 Oktyabr 2021 / 12:50 2772
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salah Premyer Liqada yeni rekorda imza atıb. 

Qol.az xəbər verir ki, 29 yaşlı hücumçu buna 9-cu turda "Mançester Yunayted"lə görüşdə het-trik etməklə nail olub. Nəticədə misirli futbolçu çempionatda 107-ci qolunu vurub. Bununla da Salah Premyer Liqada ən çox qol vuran afrikalı oyunçu adını qazanıb. 

Daha əvvəlki rekord "Çelsi"nin və Kot-d'İvuar millisinin sabiq futbolçusu Didye Droqbaya məxsus idi (104 qol). 

Qeyd edək ki, "Liverpul" ötən gün rəqibinə 5:0 hesabı ilə qalib gəlib. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı