"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün keçiriləcək "Napoli" ilə oyunu buraxa bilər.
Qol.az legia.net-ə istinadən xəbər verir ki, Varşava təmsilçisinin baş məşqçisi Çeslav Mixneviç sözügedən matçda Mahirin əvəzinə 22 yaşlı Kasper Kostoja şans verməyi düşünür. Bildirilib ki, mütəxəssis millimizin futbolçusunun Polşa çempionatının 11-ci turunda "Lex"lə görüşdəki oyunundan (0:1) narazı qalıb. Ümumiyyətlə, Mixneviç Emrelinin çempionatdakı çıxışından razı deyil. 24 yaşlı hücumçu Neapoldakı matça ehtiyat oyunçular skamyasında başlaya bilər.
Qeyd edək ki, "Napoli" - "Legiya" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı