Çeferindən FİFA-nın ideyasına sərt reaksiya

Çeferindən FİFA-nın ideyasına sərt reaksiya
XƏBƏR 21 Oktyabr 2021 / 13:27 1826
-  A +

UEFA prezidenti Aleksandr Çeferin dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

Qol.az xəbər verir ki, o, bu fikri məntiqsiz layihə adlandırıb: 

“Bu layihəni dəstəkləmirəm. Əgər dünya çempionatının 2 ildən bir keçirilməsi barədə qərar verilsə, futbol adına qorxunc nəticələr ola bilər. Sizdən və FİFA-dan xahiş edirəm ki, layihənin tətbiq edilməsiylə bağlı səsvermə etməyin. Bu fikri və məsələnin səsverməyə çıxarılmasını məntiqli hesab etmirəm”.

Qeyd edək ki, FİFA dünya çempionatlarının keçirilmə müddəti ilə bağlı qərarı ilin sonunda verəcək.


Son xəbərlər
topaz banner