Qrizmannın atası hakimləri təlxək adlandırdı

Qrizmannın atası hakimləri təlxək adlandırdı
XƏBƏR 21 Oktyabr 2021 / 12:19 1472
-  A +

“Atletiko”nun futbolçusu Antuan Qrizmannın atası Alen Qrizmann Çempionlar Liqası matçlarını idarə edən hakimlərdən şikayətlənib.

Qol.az xəbər verir ki, o, bu barədə öz İnstaqram hesabında paylaşım edib. Yarışın 3-cü turunda “Liverpul”la görüşün referisi Qrizmanna qırmızı vərəqə göstərib. “Milan”ın futbolçusu Zlatan İbrahimoviç isə “Portu” ilə qarşılaşmada oxşar qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılıb. Alen Qrizmann bunun ədalətsizlik olduğunu bildirərək yazıb:

“Zlatana o hərəkətinə görə sarı vərəqə göstərdilər. Bir dəstə təlxək isə Qrizmannı qırmızı vərəqə ilə cəzalandırdı”. Alen Qrizmann bir neçə dəqiqə sonra paylaşımını silib.

Qeyd edək ki, “Atletiko” “Liverpul”a 2:3 hesabı ilə, “Milan” isə “Portu”ya 0:1 hesabı ilə uduzub.


Son xəbərlər
topaz banner