Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev növbəti ali təhsilini alacaq.
Qol.az xəbər verir ki, bu barədə o, öz İnstaqram hesabında məlumat yayıb. Çunayev Dövlət İdarəçilik Akdemiyasına qəbul olduğunu yazıb:
"Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir.
İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir".
Qeyd edək ki, R.Çunayev bundan öncə AzDBTİA və BDU-da ali təhsil alıb.

Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı