Berdıyev erməni futbolçunun Bakıya gəlməməsindən danışdı

Berdıyev erməni futbolçunun Bakıya gəlməməsindən danışdı
XƏBƏR 20 Oktyabr 2021 / 18:48 5045
-  A +

Qazaxıstan "Kayrat"ının baş məşqçisi Kurban Berdıyev erməni futbolçu Kamo Ohanesyanın "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gəlməməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o,bunun 29 yaşlı müdafiəçinin şəxsi fikri və qərarı olduğunu söyləyib.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.


Son xəbərlər
topaz banner