"Təkəbbürlü olmaq istəmirəm" - Mahir Emreli

"Təkəbbürlü olmaq istəmirəm" - Mahir Emreli
XƏBƏR 20 Oktyabr 2021 / 18:22 5237
-  A +

"Legiya"nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Napoli" ilə oyun öncəsi  sport.se.pl saytına açıqlama verib.

Qol.az xəbər verir ki, millimizin hücumçusu rəqib komandanın polşalı yarımmüdafiəçisi Pyotr Zelinskinin əla texnikaya malik olduğunu deyib: "Onu Avro-2020-eəgörmüşəm. Amma əvvəllər tanımırdım. Komanda yoldaşlarım onun "Napoli"də çıxış etdiyini dedi .Mükəmməl bir texnikaya malikdir, bunu bilirəm. Ümid edirəm ki, öz həmyerlilərinə qol vurmaz".

24 yaşlı hücumçu jurnalistlərlə münasibətindən də danışıb: "Jurnalistlərin oyunçulara və məşqçilərə irad tutmağa çalışmasını xoşlamıram. Futbolçular jurnalistlərə mühazirə oxumurlar. Problemlərimiz haqqında yaxşı tonda danışa bilərik. Mənə nəyisə deyə bilərsiniz, sizi dinləyərəm. Amma təkəbbürlü olmaq istəmirəm. Çünki mənim işim meydandadır".

Qeyd edək ki, sabah keçiriləcək "Napoli" - "Legiya" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner