“Hər 3 komanda tanışdır. Hamısı ilə istər rəsmi, istərsə də yoldaşlıq oyunlarında qarşılaşmışıq. Güclü komandalarla bir qrupda yer aldığımızı düşünürəm".
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının fina`1l mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
42 yaşlı oyunçu rəqiblərdən Gürcüstan millisini xüsusi qeyd edib: "Bu komanda son illərdə yüksəlişdədir. Hələ 2018-ci ildə pley-offlarda uduzmaqla final mərhələsində debüt etmək imkanını qaçırdılar. Heyətlərində braziliyalı futzalçılar çoxluq təşkil edir. Bu cür hazırlıq onların hədəflərinin daha yüksək yerlər olduğunu göstərir".
Fərzəliyevin sözlərinə görə, İspaniya yığmasənın gücü, məqsədi və hədəfi hamıya bəllidir: "Bizim üçün hələ ki, ram edilməyən rəqiblərdəndir. Son dünya çempionatında əsasən gənc futzalçılara üstünlük verdilər. Yeni nəsil gəlir. Təbii ki, onlar da sələflərinin iddiasını davam etdirməyə, uğurlarını təkrarlamağa çalışacaqlar. Mundialda da pis təsir bağışlamadılar. Qrupda son oyunumuzu Bosniya və Herseqovina millisinə qarşı keçirəcəyik. Əgər onlar qitə birinciliyinin final mərhələsinə yüksəliblərsə, deməli, güclü komandadır. Çalışacağıq ki, yaxşı nəticə qazanaq, ən azı qrup mərhələsindən ¼ finala yüksələk".
Kapitan final mərhələsində 6-cı dəfə iştirak edəcəklərini xatırladıb: "Qrupumuzda yer alan komandalardan İspaniyadan sonra bu göstəricidə ən təcrübəlisi biz hesab olunuruq. Gürcüstan və Bosniya və Herseqovina debütantdır. Amma bu, işimizi asanlaşdırmayacaq. Üstəlik, bu qitə birinciliyi yeni formatda keçiriləcək. Bu dəfə qruplarda 4 komanda yer alır. Hər oyunun nəticəsi əhəmiyyətli olacaq. Məqsədə çatmaq üçün qələbə ilə başlamalıyıq. Əvvəl qrupda 3 komanda yer alırdı. Onda əsasən bir komanda ilə mübarizə aparırdıq. Hətta 1 xalla belə mərhələ adlamaq mümkün idi. İndi belə olmayacaq. Rəqabət artıb. İşimiz çətin olacaq, amma təcrübəmizdən yararlanacağıq. Qrup mərhələsini adlamaq üçün gücümüzü səfərbər edəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi final mərhələsində Gürcüstan, İspaniya, Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında