Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı dünyasını dəyişən jurnalist Elnur Əşrəfoğlu ilə bağlı yazı paylaşıb.
Qol.az xəbər verir ki, "Cənab No Problem dünyasını dəyişdi" başlıqlı yazıda E.Əşrəfoğlunun bir jurnalist və Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi kimi fəaliyyətindən ətraflı bəhs edilib.
Yazıda BCF-nin media komandasının üzvü Pedro Lusyenin Elnur haqda xatirələrinə yer verilib və o, gülərüz, pozitiv insan kimi xarakterizə edilib.
"Yayımla bağlı çətinliklər var... O deyirdi ki, problem yoxdu, həll olunar. Zəif internet var? Problem yoxdur, həll edilər. Otelin restoranı gecə uzun iş rejimindən sonra bağlıdır? O deyirdi ki, problem yoxdur, həll olunar. Elnur həmişə yanımızda olurdu və hər dəfə eyni cavabı verirdi. O, təşkilati işlərlə bağlı yaranan problemləri həll edirdi" - deyə yazıda bildirilir.
Xatırladaq ki, E.Əşrəfoğlu dünən 47 yaşında COVID-19 xəstəliyindən dünyasını dəyişib.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı