“Azarkeşlərimizi təbrik edirəm. Hər iki komandanın fanatları 90 dəqiqə dayanmadan oyuna rəng qatdılar. Bizim üçün bu oyunda xal qazanmaq önəmli idi. Fasilədən sonra 3 gün ərzində bu oyuna kökləndik. Rəqib komandanın baş məşqçisi Samir Abasovun işi göz önündədir. Yerli mütəxəssis kimi çempionluq qazanıb. Pis oynamadıq, uda da, uduza da bilərdik. 1 xal qazandıq. İkinci dövrədə ilk dövrədəki səhvləri düzəltməyə çalışacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə evdə heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.
"Ötən mövsüm ilk dövrəni birinci pillədə bitirmişdik. Futbolçularımız öz səviyyələrini artırmalıdır. Oyun baxımından fərq yoxdur. Yeganə fərq az xal qazanmağımızdır. İndi "Sumqayıt"a 3 il əvvəl olduğu kimi yanaşılmır. İndi bizdən hər matçda yaxşı oyun gözləyirlər. Bu, bir tərəfdən yaxşı olsa da, üzərimizdə əlavə təzyiq yaradır. Gənc futbolçularımız var, onlar inkişaf etməlidirlər. Bir qədər səbrli olmalıyıq. Zəiflik göstərsək, bizə çətin olacaq" - deyə o bildirib.
A.Abbasov daha sonra deyib: "Qolumuzu Murad Xaçayev vurdu. Variantlarımız çoxdur. Kollektiv oyuna daha çox üstünlük veririk. Rəhim Sadıxov və Əli Qurbani isə oyunumuzu tamamlayır. Rəqibin hücumlarının qarşısını almaq üçün çalışırıq. Komandada hansı problemlərin olduğunu bilirəm, amma bunları açıqlamağı düzgün saymıram. İkinci dövrədə ilk dördlükdən qopmamağı qarşıya məqsəd qoymuşuq. Mübarizə sonadək gedəcək.
Əli Qurbani zədədən yeni qayıtmışdı. Meydanda təqribən 70-75 dəqiqə saxlamaq istəyirdik. Elə alındı ki, əvəzlənməyə yaxın zədə aldı. Amma inanmıram ki, ciddi olsun”.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama