"Qarabağ"la oyun öncəsi qələbə

"Qarabağ"la oyun öncəsi qələbə
XƏBƏR 17 Oktyabr 2021 / 10:12 1947
-  A +

Qazaxıstan çempionatında 24-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” səfərdə “Aktobe” ilə qarşılaşıb. Almatı təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:1. "Kayrat"ın qollarını Artur Şuşenaçev (31) və Qulzikit Alukulov (41) vurub.
 
“Kayrat” bu qələbədən sonra 47 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, “Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də Bakıda, ikinci oyun noyabrın 4-də Almatıda keçiriləcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner