“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı təşkil edib.
Qol.az xəbər verir ki, 41 yaşlı mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:
“Uzun fasilə yarandığından çətin olacağını bilirdik. Heyətdə məşq prosesində bizimlə birlikdə olmayan futbolçular var idi. “Zirə” liderlər qrupunda qərarlaşan komandadır və çempionat ərzində iddiasını nümayiş etdirir. Komandanı həftəlik ağır oyuna hazırlayırdıq. Sevindirici haldır ki, oyunçular meydanda plan üzrə bütün tapşırıqları yerinə yetirməyə çalışdı”.
Baxşıyev birinci hissədə tam istədikləri oyunu göstərə bilməmələrini bu cür izah edib: “Səbəb deyəndə “Zirə”ni də qeyd eləmək lazımdır. Rəqib təzyiq göstərirdi, müdafiədən rahat çıxmağımıza imkan vermirdi. Ancaq deyim ki, ilk hissədəki çıxışdan da razıyam. Komanda meydanda nizam-intizamı qoruyub saxlayırdı. Sadəcə, ikinci hissədəki əvəzetmələr oyuna dəyişiklik gətirdi və tam üstünlüyü ələ aldıq”.
Baş məşqçi birinci dövrəni turnir cədvəlinin 3-cü pilləsində başa vurmalarına da münasibət bildirib: “İnandırım sizi, nə mən, nə də komanda turnir cədvəlinə baxırıq. Yalnız qarşıdakı matçı düşünürük. Mövsüm uzundur, komanda şəklində daha yaxşı ola bilərik. Bu potensialımız var. Fernan Torres də oyunumuza rəng qata biləcək futbolçudur. Getdikcə daha yaxşı olacağımıza inanıram”.
O, qarşılaşmadan sonra yarımmüdafiəçiləri Ehtiram Şahverdiyevlə “Zirə”nin müdafiəçisi Dmitrios Çantaikas arasında yaşanan qalmaqala da toxunub: “Həmin hadisə emosiya ilə bağlı yarandı. Futbolçular meydançada özlərinə nəzarət etməyi bacarmalıdırlar. Oyunun ajoitajı hərdən belə insidentə gətirib çıxarır. Çox qabartmağa ehtiyac yoxdur. Futbolda olan hadisədir, normal qarşılayırıq”.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama