AFFA serialla bağlı açıqlama yaydı

AFFA serialla bağlı  açıqlama yaydı
XƏBƏR 16 Oktyabr 2021 / 09:45 2884
-  A +

Türkiyənin TRT1 kanalında yayınlanan “Teşkilat” serialında AFFA-nın loqosundan istifadə olması ilə bağlı AFFA rəsmi “Feysbuk” səhifəsi vasitəsilə açıqlama yayıb.

Qol.az xəbər verir ki, açıqlamada bildirilir:
 
“Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu. Bununla bağlı AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşmanın olmaması nəzərə alınaraq, serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb. Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin".


Son xəbərlər