Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatının 11-ci turunda “Lex”in (Poznan) qonağı olacaq.
Qol.az xəbər verir ki, komandanın baş məşqçisi Çeslav Mixneviç görüşdən əvvəl mətbuat konfransı keçirib.
Mahir Emrelinin durumu haqqında da danışan 51 yaşlı mütəxəssis deyib: "Emreli sağlamdır, peyvənd olunub, əlavə testlərdən keçib və "Lex"ə qarşı oynaya bilər. Düşünürəm ki, yaxşı oyun göstərəcək".
Baş məşqçi qarşıdakı görüşdə qələbənin əhəmiyyətini belə izah edib: "Ekstraklasada xallara oksigen kimi ehtiyacımız var. Vəziyyətin necə olduğunu bilirik, bir neçə oyunda məğlub olduq. Harada olduğumuzun da fərqindəyik. Rəqib mövsümə yaxşı başlayıb. Bizi maraqlı oyun gözləyir".
Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb