"Bavariya"nın futbolçusuna 6 aylıq həbs cəzası

"Bavariya"nın futbolçusuna 6 aylıq həbs cəzası
XƏBƏR 14 Oktyabr 2021 / 11:32 1803
-  A +

İspaniya məhkəməsi "Bavariya"nın futbolçusu Lukas Hernandesə 6 aylıq həbs cəzası verib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, Fransa millisinin üzvü 2010-cu ildə Madrid küçələrinin birində sevgilisi Ameliya Lorente ilə dalaşıb. Məhkəmə 2017-ci ildə onlara 31 günlük ictimai iş cəzası verib və 6 ay bir-birinə yaxınlaşmağı qadağan edib.

Buna baxmayaraq, cütlük bu yaxınlarda Mayamidə istirahətə yollanıb. Məhkəmənin qərarına əməl etmədiyi üçün Hernandesə 6 aylıq həbs cəzası verilib. Futbolçunun vəkili apellyasiya məhkəməsinə müraciət edib. İşə 10 gün ərzində baxılmalıdır. 


Son xəbərlər