Millimizin daha bir futbolçusu Serbiyaya qarşı oynamayacaq

Millimizin daha bir futbolçusu Serbiyaya qarşı oynamayacaq
XƏBƏR 12 Oktyabr 2021 / 15:41 3323
-  A +

Azərbaycan millisinin daha bir futbolçusu DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunu buraxacaq.

Qol.az xəbər verir ki,  baş məşqçi Canni De Byazi "Qəbələ" klubundan yığmaya cəlb edilən Rövlan Muradovu "23-lüy"ə daxil etməyib.

Qeyd edək ki, ilk koronavirus testi müsbət çıxmış Mahir Emreli  və zədələndiyi üçün düşərgədən ayrılan Bəhlul Mustafazadə komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner