“Barselona”ya Haalandı almaq üçün kömək təklif etdilər

“Barselona”ya Haalandı almaq üçün kömək təklif etdilər
XƏBƏR 12 Oktyabr 2021 / 15:39 2845
-  A +

“Barselona” maddi çətinliklərinə baxmayaraq, “Borussiya”nın (Dortmund) futbolçusu Erling Haalandı almaqda israrlıdır.

Qol.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı hücumçunu növbəti yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Məlumatda qeyd olunub ki, bir neçə investisiya fondu “Barselona”ya Haalandla müqavilə imzalamaq üçün maddi kömək etməyə hazırdır. Buna baxmayaraq, norveçli oyunçunun yüksək maaş tələbi kluba ciddi maneələr yarada bilər.

Qeyd edək ki, Haalandla “Real” və PSJ də yaxından maraqlanır.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner