Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.
Qol.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamızın qarşılanma mərasimi keçirilib. Gənclər və İdman naziri Fərid Qayıbov komandanı qarşılayanlar arasında yer alıb. Nazir güləşçiləri və məşqçiləri təbrik edib, onlarla xatirə şəkli çəkdirib.
Daha sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib: “Bu nəticə Azərbaycan güləşində tarixi hadisədir. Dünya çempionatında Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazandı. Bu, AGF-nin çox böyük uğurudur. Federasiyanın rəhbəri Namiq Əliyevi, millinin baş məşqçisi Aleksandr Tarakanovu, böyük məşqçi Rövşən Bayramovu, məşqçilər Akif Əliyevlə Həsən Əliyevi təbrik edirəm. Uzun müddət bu yarışa hazırlıq keçmişdik. Bu prosesdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, eləcə də Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Təlim-məşq toplanışları davam edəcək. Noyabrda bizi U-23 dünya çempionatı gözləyir. İlin sonunadək bir neçə daxili yarışın keçirilməsi də nəzərdə tutulub. Bu uğuru “Dəmir yumruq” əməliyyatında qələbələr qazanmış şəhid və qazilərimizə həsr edirik”.
Dünya çempionu Rafiq Hüseynov isə bunları deyib: “Yarış həm mənim, həm də komandamız üçün uğurlu keçdi. 2018-ci ildən sonra yenidən DÇ-də klassik güləşdə qızıl medal əldə etdik. Bundan başqa, komanda hesabında 3-cü yeri tutduq. Əlbəttə, sevindirici hallarla yanaşı, üzücü məqamlar da oldu. Komanda yoldaşlarımı təbrik edirəm. Medal qazanmayan güləşçilərimizə də gələcək yarışlarda uğurlar arzulayıram. Məşqçi və həkimlərdən ibarət heyətimizə təşəkkürümü bildirirəm. Bu yarışda olimpiya kateqoriyalı hakimimiz Asif Şirəliyev 2 finalı idarə etdi. Bu da qürurverici məqamdır, Azərbaycanın uğurlarından biridir.
2011-də Avropa çempionu olmuşam. Daha sonra qitə birinciliyində bürünc medal qazanmışam. Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasında yer almışam. Sevdiyim işlə məşğul olduğum üçün 30 yaşdan sonra da böyük uğurlar əldə edə bilirəm”.
Yuxarı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi