“Yarış yaxşı keçdi. Yarımfinalda bəzi səhvlərə yol verdim. Bundan başqa, hakim səhvləri də sözünü dedi. İki epizodda isə rəqibin arxasına keçib fənd etməyə imkan vermədilər".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatındakı çıxışı barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
55 kq çəki dərəcəsində bürünc medal qazanmış idmançı rəqiblərin zəif olmadığını bildirib: "Təsadüfi deyil ki, Yaponiya güləşçisi dünya çempionu oldu. Ümumi götürsək, medalsız qalmadığım üçün şadam. 2018-ci ildən başlayan AÇ və DÇ-lərdə medal qazanmaq ənənəsini davam etdirdim".
Əzizlinin sözlərinə görə, dünya çempionu olandan sonra uduzmaq istəmirsən: "Çünki qızıl medal qazanan idmançı sonradan "gümüş" və ya "bürünc" əldə edəndə bunu bir çoxları uğursuzluq kimi qələmə verir. Halbuki belə deyil. O fikirlə razıyam ki, son vaxtlar yarımfinal sindromu yaşayıram. Məsuliyyət hissinin böyük olması mənə rahat güləşməyə imkan vermir. Yarımfinalda güləşəndə bir az sıxılıram. Çalışacağam ki, bundan sonra bu mərhələyə psixoloji cəhətdən özümü tam hazır edim".
60 kq-da dünya üçüncüsü olan Murad Məmmədov isə yarış çox yüksək səviyyədə keçdiyini vurğulayıb: "Dünya çempionatında zəif rəqib olmur. Təlim-məşq toplanışlarını yaxşı keçmişdik. 5 görüş keçirdim. İlk 3 qarşılaşmada rahat qalib gəldim. Yarımfinalda Asiya çempionu və dünya ikincisi olmuş Qırğızıstan güləşçisiylə üz-üzə gəldim. Görüş ağır keçdi. Bir az səbrli və təmkinli olsaydım, qalib gələ bilərdim. Bir qədər tələskənlik finalı əlimdən aldı. Belarus güləşçisinə qalib gəlib dünya çempionatını 3-cü pillədə başa vurdum. Şükürlər olsun ki, medalsız qalmadım. Bürüncü və ya gümüşü daha sonra qızılla əvəz etmək olar. Əsas odur ki, DÇ-də ilk medalımı qazandım. İnanıram ki, gələn il öz sözümü layiqincə deyəcəyəm".
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı