Azərbaycan çempionu Braziliyadan oyunçu gətirdi

Azərbaycan çempionu Braziliyadan oyunçu gətirdi
XƏBƏR 11 Oktyabr 2021 / 12:54 4430
-  A +

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” heyətinə daha bir futzalçı cəlb edib.

Qol.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yayda iki braziliyalı futzalçı ilə güclənən son çempionun növbəti transferi də “sambaçı”dır.

Əsasən müdafiədə yer alan David Qustavonun son klubu vətənində “Campo Mourao” olub. 25 yaşlı futzalçı artıq klubun heyətində qeydiyyata salınıb və o, Yüksək Liqanın oyunlarında da iştirak edə biləcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner