Andradenin komandasından növbəti qələbə

Andradenin komandasından növbəti qələbə
XƏBƏR 11 Oktyabr 2021 / 10:40 1709
-  A +

"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Liberiya ilə keçirilən oyunda iştirak edib.

 O, 70-ci dəqiqədə meydana daxil olub. Görüş Kabo-Verde millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kabo-Verde oktyabrın 7-də bu rəqibi ilə keçirilən görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi. 

Qeyd edək ki, bu nəticədən sonra Kabo-Verde 7 xalla 2-ci pillədə qərarlaşıb. Nigeriya 9 xalla qrup lideridir.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner