Serbiya yığmasında daha bir itki

Serbiya yığmasında daha bir itki
XƏBƏR 10 Oktyabr 2021 / 12:10 1579
-  A +

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Serbiya yığması daha bir itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Filip Curiçiç oktyabrın 12-də millimizlə Belqradda keçiriləcək görüşdə iştirak etməyəcək. O, Lüksemburqla matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

İtaliyanın "Sassuolo" klubunun  28 yaşlı yarımmüdafiəçisi görüşün 45+3-cü dəqiqəsində seçmə mərhələdəki ikinci sarı vərəqəsini alıb. 

Qeyd edək ki, Lüksemburqla oyunda sarı vərəqə alan Strahinya Pavloviç də cəzalı duruma düşdüyündən yığmamıza qarşı oynamayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner