Mariya Stadnikin Olimpiya medalı oğurlandı

Mariya Stadnikin Olimpiya medalı oğurlandı
XƏBƏR 9 Oktyabr 2021 / 16:30 3245
-  A +

Azərbaycan güləşçisi Mariya Stadnikin medalı Ukraynada oğurlanıb.

Qol.az xəbər verir ki, bu barədə əslən ukraynalı olan Stadnik İnstaqram hesabında paylaşım edib. O, Pekin-2008 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalın oğurlandığını bildirib.

Qeyd edək ki, Mariya Azərbaycan idmanı tarixində ən çox (4) Olimpiya medalı qazanan şəxsdir. Stadnik Pekin-2018-də bürünc, London-2012 və Rio-2016-da gümüş, Tokio-2020-də isə bürünc medal əldə edib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner