Ötən gün Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatının qalibi olan azərbaycanlı güləşçi Rafiq Hüseynovun müsahibəsi
- Rafiq bəy, özünüzü bu cür böyük uğura hazırlamışdınızmı?
- Bu mənim böyüklərdən 10-cu dünya çempionatım idi. Fərqli qalibiyyətlərim olub, lakin qızıl medal və dünya çempionu kəmərim olmamışdı. 26 illik idman yolu keçmişəm. Dünya çempionu kəməri üçün çox hazırlaşmışdım. Şadam ki, sonda buna nail oldum.
- Qalibiyyətiniz zamanı hansı hissləri keçirdiniz?
- Qələbə zamanı insan çox sevinir. Lakin mən sevincimi çox hiss etdirmədim. Çünki rəqibim qardaş Türkiyənin təmsilçisi idi. Bu səbəbdən sevinməyi özümə ayıb bildim. Biz bir millət iki dövlətik. İki qardaşın bir-biri üzərində qələbəsi olmur.
- Artıq güləş üzrə dünya çempionusunuz, bundan sonrakı hədəfləriniz nədir?
- Hələki heç bir hədəf yoxdur. Sadəcə, ailəmə qovuşmağı düşünürəm. Sevdiklərimlə, ailəmlə birlikdə qələbəni qeyd edəcəm. Sonra federasiya rəhbəri nə məsləhət görsə, ona uyğun işlər görəcəyik.
- Möhtəşəm qələbədən sonra kameralar vasitəsi ilə atanıza müraciət etmisiniz və bütün mediada böyük marağa səbəb olub. Bu haqda nələr deyə bilərsiniz?
- Müraciətim sevincimdən yarandı, bilərəkdən və ya əvvəldən düşünülmüş hərəkət deyildi. Atam uzun illərdir məni dünya çempionu kimi görmək istəyirdi. Müəyyən səbəblərə görə bəxtim gətirmirdi, bu dəfə bəxt üzümə güldü, dünya çempionu oldum. İstədim bütün dünya bilsin ki, atam üçün dünya çempionu medalını qazandım. Lakin bu qələbəmi atama deyil, bütün türk dünyası şəhidlərinə, 44 günlük qələbəmizə həsr etdim.
- Ailəniz, yaxınlarınız bu qalibiyyətinizi necə qarşıladı, nə zaman geri dönəcəksiniz?
- Təbii ki, hər biri sonsuz dərəcədə xoşbəxtdirlər. Hər biri təbrik edir, bacardığım qədər cavablandırmağa çalışıram. Səbirsizliklə onlara qovuşmağı gözləyirəm. İnşallah 12 oktyabr, 17:45-də vətənə geri dönəcəm. (Yenisabah.az)

Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar