Final oyunu ona tapşırıldı

Final oyunu ona tapşırıldı
XƏBƏR 9 Oktyabr 2021 / 13:10 1850
-  A +

 İspaniya və Fransa milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının final matçının hakimləri məlum olub.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qeri Besuik və Adam Nann kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kreyq Pouson yerinə yetirəcək. .

Oktyabrın 10-da, İtaliyadakı “San Siro” stadionunda keçiriləcək İspaniya – Fransa matçına saat 22:45-də start veriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner