"Ata, oğlun dünya çempionudur" - Rafiq Hüseynov

"Ata, oğlun dünya çempionudur" - Rafiq Hüseynov
XƏBƏR 8 Oktyabr 2021 / 22:49 4579
-  A +

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov dünya çempionu olduqdan sonra atasına telekameralar vasitəsilə müraciət edib.

Qol.az xəbər verir ki, 82 kq çəki dərəcəsində qızıl medal qazanan 33 yaşlı idmançımız "Ata, oğlun dünya çempionudur" deyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısının atası Radik Hüseynov uzun müddətdir güləş məşqçisi kimi çalışsa da, yığmada yer almadığına görə dünya çempionatına getməyib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner