Süleymanov dünya çempionatında ikinci oldu

Süleymanov dünya çempionatında ikinci oldu
XƏBƏR 8 Oktyabr 2021 / 22:16 1585
-  A +

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

Qol.az xəbər verir ki, 77 kq-da yarışan idmançımız qızıl medal uğrunda yarışda Roman Vlasovla (Rusiya) üz-üzə gəlib.

1:2 hesabı ilə uduzan Süleymanov 2-ci olub.

Qeyd edək ki, S.Süleymanov 1/16 finalda  Kayratbek Tuqolbayevə (Qırğızıstan) 9:0,  1/8 finalda Daler Rzazadə (Tacikistan) 9:0, 1/4 finalda Roland Şvarts (Almaniya) 10:2, yarımfinalda Timur Berdiyevə(Belarus) 5:4 hesabı ilə qalib gəlmişdi.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner