“Komandada situasiya yaxşıdır".
Qol.az xəbər verir ki, bu szöləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
65 yaşlı italiyalı mütəxəssis sabah Bakı Olimpiya Stadionunda baş tutacaq matçla bağlı düşüncələrini bölüşüb. O, komandasının oyuna hazırlığını dəyərləndirib: “Bəzi oyunçular zədə səbəbindən sabah olmayacaq. Ümumilikdə komanda çox istəklidir. Yaxşı məşq etmişik. Komandamdan razıyam. Sabah müsbət nəticə qazanmağa çalışacağıq. İrlandiyada 2 xal itirdik. Onu bərpa etmək istəyirik".
- Araz Abdullayev və Renat Dadaşov uzun fasilədən sonra milliyə çağırılıb. Onların hazırlıq durumu necədir?
- Araz müsbətə doğru dəyişilib, daha da böyüyüb. Yaxşı mənada məni təəccübləndirdi. Ona ümid bəsləmək olar. Renat isə uzun zədədən qayıdıb. Gənc oyunçudur, bizim üçün vacibdir. Ona da oynamağa şans verməyə çalışacağıq.
- Müqavilənizin bitməyinə az qalıb və qarşıdakı iki matçın nəticəsi gələcək taleyinizə böyük ölçüdə aydınlıq gətirəcək. Bu durum üzərinizdə təzyiq yaratmır?
- Qətiyyən təzyiq yoxdur. Artıq 30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. Bu baxımdan problem yoxdur. Düşünürəm ki, AFFA özü qərar verəcək, 14 ay ərzində nə etdiyimizə baxacaq. 16 oyundan 13-nü evdən kənarda keçirmişik. Bu, qeyri-adi situasiyadır. Amma komanda inkişaf edir. Bunu Dublində gördük. Rəqib FİFA-nın reytinqində 50-ci yerdədir. Bunu nəzərə alsaq, inkişaf etdiyimizi demək olar.
- Sabahkı oyunda rəqibin heyətində xüsusi çəkindiyiniz oyunçu var?
- Ümumilikdə çox güclü komandadır. Əksəriyyəti İngiltərə Premyer Liqasında çıxış edir. Fiziki cəhətdən güclüdürlər. Səfərdə ilk hissədə keçirdiyimiz oyunu təkrarlamalıyıq. Topu lazımsız situasiyada irəli vurmamalıyıq. Bunun üçün keyfiyyətimiz var. Standart vəziyyətlərdə də diqqətli olmalıyıq.
- "Beşiktaş"ın futbolçusu Berkay Vardarı izləyirsiniz? Onu gələcəkdə yığmaya çağırmaq variantı var?
- Bəli, onu izləmişəm. Çempionlar Liqasının son matçında bir az məcburiyyətdən oynadı. Çünki çox oyunçuları zədəlidir. Sol ayağı təhlükəlidir. Bizdə belə oyunçu yoxdur. Vaxtı gələndə onu da çağıracağıq. Onu da deyim ki, futbolçularımız bu ildən xaricə çıxmağa başlayıblar. Bu Azərbaycan futbolu üçün xoş haldır. Amma düşünürəm ki, hələ cəmi 2 aydır oradadırlar. Hələ az müddətdir. Bir ildən sonra danışarıq. Mahir Emreli Çempionlar Liqasında qol vurub. Sabah ondan qol gözləyirik. Çünki burada olduğum müddətdə - 16 oyunda bir qol da vura bilməyib. (apasport.az)
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar