AFFA Premyer Liqamızda komanda sayı ilə bağlı strategiya hazırlayıb

AFFA Premyer Liqamızda komanda sayı ilə bağlı strategiya hazırlayıb
XƏBƏR 8 Oktyabr 2021 / 16:59 3755
-  A +

AFFA Azərbaycan Premyer Liqasında növbəti mövsümlərdən iştirak edəcək komandaların sayı ilə bağlı strategiya hazırlayıb. 

Qol.az xəbər verir ki, bu barədə qurumun vitse-prezidenti Elxan Məmmədov danışıb. O, AFFA-nın saytına açıqlamasında deyib: 

"AFFA-nın “GROW-2020 İnkişaf strategiyası”na uyğun olaraq, Premyer Liqada komandaların sayı 10-a çatdırılmalı idi. İlin sonuna qədər AFFA-nın yeni strategiyası ictimaiyyətə təqdim olunacaq və orada bütün bu məsələlər öz əksini tapıb. Təbii ki, problemlərimiz mövcuddur və futbol elə idman növüdür ki, problemlər hər zaman olacaq. Amma yenə də irəli getmək üçün birlikdə addımlamalıyıq. Bu isə təkcə AFFA-nın, klubların öhdəliyi deyil, həm də digər qurumların, iş adamlarının da sosial məsuliyyətidir". 

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8 komanda mübariə aparır. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner