Ronaldo Premyer Liqanın ən yaxşısıdır

Ronaldo Premyer Liqanın ən yaxşısıdır
XƏBƏR 8 Oktyabr 2021 / 15:28 2861
-  A +

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub. 

Qol.az xəbər verir ki, bu ada "Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldo layiq görülüb.  Ötən ay 3 matçda 3 qol vuran 36 yaşlı hücumçu Joao Canselo ("Mançester Siti"), Məhəmməd Salah ("Liverpul"), Antonio Rudiger ("Çelsi"), Allan Sent-Maksimin ("Nyukasl") və İsmailu Sarranı ("Uotford") geridə qoyub. 

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"in heyətində də ayın futbolçusu seçilib. 

Əlavə edək ki, Ronaldo avqustun 31-i "qırmızı şeytanlar"la 2+1 illik müqavilə imzalayıb. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner