İki güləşçimiz finalda - Dünya çempionatı

İki güləşçimiz finalda - Dünya çempionatı
XƏBƏR 7 Oktyabr 2021 / 19:54 3333
-  A +

Azərbaycanın iki yunan-Roma güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Qol.az xəbər verir ki, 82 kq-da yarışan Rafiq Hüseynov  finala vəsiqə uğrunda rusiyalı Adlan Akiyevlə üz-üzə gəlib.

Qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılan Tokio olimpiadasının bürünc medalçısı həlledici raunda yüksəlib. Hüseynov finalda türkiyəli Burhan Akbudakla qüvvəsini sınayacaq.

77 kq-da mübarizə aparan Sənan Süleymanov isə yarımfinalda belaruslu Timur Berdıyevə 5:4 hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Rusiya təmsilçisi Roman Vlasov olacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner