"Sabah" cərimələndi, baş məşqçisinə xəbərdarlıq olundu

"Sabah" cərimələndi, baş məşqçisinə xəbərdarlıq olundu
XƏBƏR 7 Oktyabr 2021 / 15:51 906
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Qol.az xəbər verir ki, iclasda qəbul olunan qərara əsasən, "Sabah" klubu 1 6000 manat cərimələnib. Buna səfərdə "Keşlə"yə qarşı Premyer Liqanın VI tur matçında (0:2) paytaxt təmsilçisinin bəzi rəsmi şəxslərinin “A” buraxılış vərəqəsindən istifadə etməməsi və 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

Bundan başqa, qonaqların baş məşqçisi Ramin Quliyev mətbuat konfransında hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.

“Zirə” – “Sumqayıt” oyununda (1:0) isə meydança vaxtında sulanmadığı üçün "qartallar" 800 manat ziyana düşüb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner