“Barselona”nın 17 yaşlı futbolçusundan yeni rekord

“Barselona”nın 17 yaşlı futbolçusundan yeni rekord
XƏBƏR 7 Oktyabr 2021 / 10:55 3463
-  A +

“Barselona”nın gənc futbolçusu Xavi ötən gün İspaniya millisinin heyətində debüt edib. 

Qol.az xəbər verir ki, baş məşqçi  Luis Enrike 17 yaşlı yarımmüdafiəçiyə Millətlər Liqasının yarımfinalında İtaliya ilə matçda şans verib. O,  meydana start heyətdə çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Qavi qarşılaşmada yaxşı oyunu ilə seçilib. 

Həmçinin Qavi bu görüşdə iştirak edərək  İspaniya millisində oynayan ən gənc futbolçu adını qazanıb (17 yaş 62 gün). Daha əvvəlki rekord 1936-cı ildə yığmanın formasını geyinən Anhel Zubeytaya məxsus idi. 3-cü yerdə isə “Barselona”nın digər futbolçusu Ansu Fatidir (17 yaş 308 gün). 

Qeyd edək ki, ötən gecə İspaniya İtaliya üzərində 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib. Komandanın həlledici görüşdəki rəqibi bu gün keçiriləcək Belçika – Fransa matçının qalibi olacaq. 
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner